Bazar, 11 May, 2025

Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası


  • Dərc edildi: 29 İyul, 2021 - 14:02
Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası

ABB Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası elan edir. Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər. Görəcəyiniz işlər:

  • Video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
  • Yanğın mühafizə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
  • ATM və İnkasator avtomobillərinin video müşahidə avadanlıqlarının quraşdırılması və texniki xidmət;
Bizim üçün uyğun namizəd:
  • Ali və ya orta ixtisas təhsilli;
  • Təhlükəsizlik sistemlərin quraşdırılması sahəsində minimum 1-3 il iş təcrübəsi olan;
  • Azərbaycan dilini səlis, rus dilini orta səviyyədə bilən;
  • Detallara diqqət yetirmə bacarığına sahib olan;
  • Məsuliyyətli və intizamlı.
  Əgər bizim axtardığımız uyğun namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur (məktubun mövzusu: “ Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis")   İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. Əlavə məlumat üçün: www.abb.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...