Aprelin 4-də “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi,“Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyi, Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respubilka Komitəsi və “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Sudan səmərəli istifadənin metodları” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbir Azərbaycan Respublikasının himni ilə açıq elan olunub. Sonra “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutunun Kadrlar üzrə mütəxəssisi Əminə Qəyyumova Bakının su təchizatı tarixi, Hacı Zeynalabdin Tağıyev və Vilyam Lindleyin gördüyü işlər barədə geniş məlumat verib. Sonra, layihənin rəhbəri, “Sukanal” ETLİ-nin Doktorantura şöbəsinin metodisti Pərvanə Xıdırova bildirib ki, gənc tədqiqatçıların su təsərrüfatı sahəsində təcrübi biliklərinin artırılması və gələcəkdə su təchizatı sahəsində innovativ işlərin görülməsinə dəstək məqsədilə həyata keçirilən layihə çərçivəsində gənclər Hövsan Aerasiya Stansiyası, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksində olub, sudan səmərəli istifadə sahəsində qabaqcıl iş təcrübəsini öyrəniblər. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin əməkdaşı Əliağa Əzizov “Su diplomatiyası, transsəhəd su problemləri” , “Sukanal” ETLİ-nin direktor müavini Rəşail İsmayılov “Qarabağın su ehtiyatlarının hesablama metodları” mövzusunda layihə iştirakçılarına təlimlər keçiblər.
![]() |
![]() |
![]() |
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb