Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu “Strateji təhlil və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir. ƏSAS ÖHDƏLİKLƏR - Beynəlxalq təcrübədəmövcud olan maliyyə mexanizmlərinə dair təhlillərin aparılması və təkliflərin hazırlanmasında iştirak etmək; - Beynəlxalq təcrübənin tətbiqi imkanlarının araşdırılması məqsədilə beynəlxalq təşkilatlarla, xarici dövlətlərin aidiyyəti dövlət qurumları ilə əməkdaşlığa dair, eləcə də xarici dövlətlərin müvafiq təcrübəsi barədə təkliflər vermək; - Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq; - Beynəlxalq təşkilatlarla və xarici dövlətlərin analoji qurumları ilə əlaqələrin qurulmasında iştirak etmək; - Fondun vəsaitlərinin yerləşdirilməsində səmərəliliyi təmin etmək məqsədilə iqtisadiyyatın sahələri üzrə araşdırmaların aparılmasında iştirak etmək; - Fondun fəaliyyətinin təkmilləşdirilməsinə dair təhlillər aparmaq, təkliflərin hazırlanmasında iştirak etmək və zərurət yarandıqda Fondun fəaliyyətini tənzimləyən qaydalar, prosedurlar və sənədlərin nümunəvi formalarının təkmilləşdirilməsinə dair təkliflər vermək; - Fonda daxil olan və icrası şöbəyə tapşırılmış müraciətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxılmasında iştirak etmək; - Fondun fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; - Fondun fəaliyyət istiqamətləri üzrə digər işlərə cəlb edilmək. NAMİZƏDƏ DAİR TƏLƏBLƏR - İqtisadiyyat və idarəetmə ixtisasları üzrə ali təhsil; - İxtisası üzrə 1 ildən az olmamaqla iş stajı; - Mükəmməl iqtisadi biliklərinin olması; - Analitik təhlil aparmaq və problemi həlletmə qabiliyyəti; - Operativ və düzgün qərar vermək bacarığı; - Təşəbbüskarlıq,diqqətlilik, məsuliyyət və düzgünlük keyfiyyəti; - MS Office (xüsusilə Word, Excel, PowerPoint) proqramlarından yüksək səviyyədə istifadə bacarığı; - İngilis dili (B1), Rus dili (B1); - Kollektivlə işləmək bacarığı və ünsiyyət qabiliyyəti. Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsində “Strateji təhlil və beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi” qeyd etməklə[email protected]e-poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 20.09.2021
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb