Bazar, 11 May, 2025

Strategiya şöbəsinin Eksperti vakansiyası


  • Dərc edildi: 15 Noyabr, 2021 - 09:25
Strategiya şöbəsinin Eksperti vakansiyası

Strategiya şöbəsinin Eksperti PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Strategiya şöbəsinin eksperti vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Vəzifə öhdəlikləri ·PAŞA Kapital şirkətinin növbəti strateji dövr üçün təsdiq edilmiş strategiya planının həyata keçirilməsinə ümumi nəzarətin və şirkətin struktur bölmələri ilə koordinasiyanın təşkil olunması; ·Şirkətin qarşısına qoyulan strateji hədəflərə çatılmasının monitorinqi işinin təşkil olunması, müvafiq hədəflər üzrə təhlillərin aparılması, bazar konyukturasının araşdırılması və hədəf dəyişkənliklərinin əsaslandırılması; ·Strateji hədəf göstəricilərinin iyerarxik qaydada struktur vahidləri üzrə bölgüsünün aparılması və əsas fəaliyyət göstəriciləri üzrə bölünməsi; ·Şirkətin müxtəlif struktur vahidləri üzrə performansın idarəedilməsi ilə əlaqədar davamlı təhlillərin aparılması, hədəflərə çatılmanın ölçülməsi və fəaliyyət qiymətləndirilməsində iştirak edilməsi; ·Müəyyən edilmiş müxtəlif maliyyə göstəriciləri üzrə mütəmadi olaraq Şirkətin fəaliyyətinin təhlil edilməsi və bu barədə rəhbərliyin məlumatlandırılması; ·Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi. Namizədlərə əsas tələblər ·Biznes işinin təşkili və ümumi idarəçilik istiqamətində ali təhsil; MBA dərəcəsinin olması üstünlük hesab olunur; ·Sahə üzrə (Strategiya) ən azı 5 illik iş təcrübəsi; təcrübə müddətinin 2 ili strategiya layihələrinin idarə olunması sahəsində olmaqla: maliyyə, bankçılıq və investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur; ·Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması; ·MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı; ·Təşkilatçılıq və rəhbərlik qabiliyyəti; ·Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti. Maraqlanan şəxslər elektron məktub başlığında “Strategiya şöbəsinin eksperti” qeyd etməklə öz CV-lərini[email protected]ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...