STP Şirkətlər Qrupu Elektrik sahəsi üzrətəcrübəçivakansiyası elan edir. 2012-ci ildən etibarən bazarda STP MMC adı altında fəaliyyət göstərən şirkətimiz regionun ilk və ən böyük texnoparkıdır. Özündə 10-dan artıq istehsalat müəssəsini cəmləşdirən STP Şirkətlər Qrupunun məhsulları “Made in Azerbaijan” brendi altında dünya bazarında da öz yerini tutmaqdadır. Tələblər : -Elektroenergetika ixtisası üzrə orta ixtisas, bakalavr və ya magistr təhsilini son 3 ildə başa vurmuş; -Kişi namizədlərdən hərbi xidməti keçmiş və ya təcrübə müddətində möhlət hüququ olan; -Fikrini dəqiq ifadə edən və təqdimat bacarıqlarına malik olan; -Elektroenergetika sahəsinə aid baza biliklərinə malik olan; -Gərginlik səviyyələri haqda məlumata malik olan; -Yüksək Gərginlik sahələrində istifadə edilən avadanlıq, alət və elementlər haqda elementar məlumata malik olan; -Yüksək Gərginlik sahəsinə aid ehtiyat tədbirləri və təhlükəsizlik qaydalarına aid ilkin məlumatlı olan; -Sənaye sektorunda karyera qurmaq motivasiyasına malik olan; -Azərbaycan dilini yüksək səviyyədə bilən (ingilis və rus dili biliyi arzu olunandır) olmalıdır. Bu təcrübə prosesində nələri əldə edəcəksiniz? -Regionun qeyri-neft sektorunun ən böyük istehsalçısı sayılan STP Şirkətlər Qrupunda 3 ay müddətində mütəxəssislərimizlə birgə təcrübə keçmək imkanı; -Yüksək komanda ruhunda əməkdaşlıq imkanı; -Fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək üçün əlverişli mühit; -Əmək müqaviləsi əsasında sənədləşmə və həftəsonları istirahət; -5 günlük iş həftəsi (saat 08:00-dan 17:00-dək); -Ödənişli əsaslarla təcrübə qazanmaq imkanı; -Nəqliyyat xidməti və naharla təminat. Peşəkar komandamıza qoşulmaq və karyeranızın inkişafına gedən yolda bizimlə birlikdə irəliləmək istəyirsinizsə, 25 Aprel 2022-ci il tarixinədəkinternstp.comportalından qeydiyyatdan keçməklə və ya CV-nizi[email protected]elektron ünvanına göndərməklə təcrübə prosesinə müraciət edə bilərsiniz. Təcrübə prosesi ilə bağlı ətraflı məlumatı STP Şirkətlər Qrupunun rəsmi təcrübəçi portalından və sosial şəbəkə səhifələrindən əldə edə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb