SMM və Rəqəmsal Marketinq mütəxəssisi İş barədə məlumat Agentliyə daxil olan şirkətlərin sosial şəbəkədəki səhifələrinin kontent planlarının hazırlanmasına və paylaşımlara nəzarət etmək - Sosial mediada paylaşılacaq vizualların dizayn edilməsinə nəzarət etmək - Şirkətin müxtəlif digital kanallar vasitəsilə reklam kampaniyalarını idarə etmək və optimallaşdırmaq - Axtarış platformalarının optimizasiyası ilə məşğul olmaq - Müştəri ilə şirkət arasında əlaqələri və iş axışını koordinasiya etmək -Aylıq hesabatları hazırlamaq İş Şərtləri - 5 günlük iş qrafiki / 10:00-dan 18:00-dək Aylıq sabit əmək haqqı müsahibə əsnasında müəyyən ediləcək. Namizədə tələblər - Azərbaycan dilini yaxşı səviyyədə bilməli (Rus dilini bilən namizədlərə üstünlük veriləcək) - SMM (Facebook, Instagram, Twitter, YouTube, LinkedIn və s.) platformalarında sərbəst iş bacarığı - Facebook Business manageri ətraflı bilməli - Google Ads, Google Analytics-də işləməyi bacarmalı - SEO və SEM üzrə praktik biliklər - Digital Strateji planlama və tətbiq - Araşdırmaq və yenilikləri tətbiq etmək bacarığı - Müstəqil işləmək bacarığı - idarəçilik və təşkilatçılıq qabiliyyəti - Məsuliyyətli, diqqətli və ünsiyyətcil olmalı və komanda ilə işləməyi bacarmalı Qeyd olunan tələblərə cavab verən namizədlər öz CV və portfolio məlumatlarını “SMM və Rəqəmsal Marketinq mütəxəssisi” başlığı ilə[email protected]elekton ünvanına göndərə bilərlər. Qeyd: SMM Agentlik təcrübəsi olanlara üstünlük verilir.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb