“Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil MərkəziSMM üzrə Mütəxəssisvakansiyası üzrə seçim elan edir. Müraciət edən namizədlər kreativ düşüncəyə sahib olmalı, təşəbbüskar və nəticəyönümlü olmalıdırlar.
Namizədlər üçün tələblər:
- Ali təhsil
- Sosial Media Marketinq (SMM) üzrə bilik və min.2 il iş təcrübəsi
- Qrafik dizayn qabiliyyəti (Coral draw, Adobe Products, Creative Cloud)
- Mətn yaratmaq qabiliyyəti
- Foto/video çəkiliş aparmaq bacarığı
- Punktual, məsuliyyətli, kreativ
- Diqqətli
- Rus dili-İnglis dili biliyi.
- IT biliklər
Öhdəliklər:
- Fəaliyyətə uyğun olaraq yüksək keyfiyyətdə kontentin (mətn, foto, video) hazırlanması, veb-sayt və sosial mediada yerləşdirilməsi.
- Hazırlanmış materialın sosial mediada təşviqi və kreativ yanaşmanın tətbiqi
- Şirkətin sosial media səhifələrinin idarə olunması
- Canlı yayımların təşkil olunması
- İzləyici kütləsi ilə kommunikasiyanın qurulması
- Sosial şəbəkələrdə və saytda cari aksiyalara dair bannerlərin və postların yerləşdirilməsinə nəzarət və sosial şəbəkələrdə aksiyaların keçirilməsinə dair büdcənin müəyyənləşdirilməsi, büdcə xərcləri hesabatının aparılması
- Sosial media və rəqəmsal marketinq sahəsində ən son tendensiya, yenilik və texnologiyalardan xəbərdar olmaq.
Məşğulluq:
- Tam, Həftə içi 5 gün, 09:00-18:00
- Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsinə əsasən razılaşdırılacaqdır.
Uyğun namizədlərdən öz CV-lərini
[email protected]elektron ünvanına mövzu bölməsində vəzifənin adı (
SMM üzrə Mütəxəssis) yazmaqla
28.06.2021-ci iltarixinə qədər göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb