Vəzifə ; Smeta üzrə Mühəndis İş yeri : Zaferoglu İnşaat, baş ofis Namizədə dair tələblər: Mühəndis ixtisası üzrə ali təhsil; Minimum 2-3 il müvafiq sahədə iş təcrübəsi. Müvafiq qanunvericilik aktları və normalarını bilməsi Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları; Tələb olunan vəzifə öhdəlikləri: Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması; Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili; İnşaat zamanı risk dəyərləndirilməsi, layihənin maliyyətinə nəzarət; Nağd pul axını proqnozlarının hazırlanması; Layihə ilə bağlı proqresin sənədləşdirilməsi; Yerli qanunvericiliyə əsasən vergilər və müvafiq qanunlar barədə məlumat - Əmək haqqı: 1000 azn Uyğun namizədlərdən[email protected]elektron ünvanına mövzu yerinə “Smeta üzrə Mühəndis” yazaraq CV göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb