Mövcud infrastruktur resurslarını istifadə edərək sistemləri quraşdırmaq və yeni versiyaları test etmək
Sistemlər üzrə yenilikləri (updates) yoxlamaq və yenilənmə üzrə plan tərtib etmək
Sistemlərdə baş verəbiləcək problem və dayanmaları prosedurlara əsasən araşdırmaq və həll etmək
Sistemlərin administrasiyası üzrə proqram təminatını istifadə etməklə, problemləri araşdırmaq və müxtəlif keyfiyyət göstəriciləri üzrə hesabatlar tərtib etmək
Sistemlərin idarəedilməsi və dəstəklənməsi üzrə şirkətin təklif etdiyi təlimlərdə və praktiki tədbirlərdə iştirak etmək
Öhdəsində olan sistemlərin idarə edilməsi üzrə prosedur və qaydaları tərtib etmək
Sistemlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
Sistemlərin dəstəklənməsi üzrə monitorinq aparmaq
Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
Sistemlərin düzgün və effektiv istifadəsi üzrə tövsiyələr vermək
İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibində iştirak etmək;
Texniki tələblər:
Kompüter Elmləri, İnformasiya Sistemləri üzrə bakalavr və ya magistr dərəcəsi (üstünlük verilir)
Server, Storage və Şəbəkə avadanlıqları (SAN-switch) ilə iş təcrübəsi
UNIX/LINUX və Windows əməliyyat sistemlərinin (server) inzibatçılığı təcrübəsi
Virtuallaşdırma (Vmware Vsphere, MS Hyper-v) texnologiyası sahəsində təcrübə
Bulud texnologiyaları üzrə (MS Azure, Amazon WS, Google Cloud və MS Office 365) biliklər və iş təcrübəsi
Şəbəkə texnologiyalarının prinsiplərini bilmək və şəbəkə avadanlıqlarının sazlanması üzrə təcrübə
Sənədləri tərtib etmə və işləmə qabiliyyəti
Analitik təhlil bacarığı
Problemin araşdırılması ilə əlaqədar dəstəkçi şirkətlə ünsiyyət qurmaq bacarığı
Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırlması üzrə bacarıq
İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq
Komanda şəklində işləmə bacarığı
Daimi olaraq yeni İT biliklərinin mənimsənilməsi bacarığı və yeniliyə həvəsli olmağı
Qeyd edilmiş texniki tələblər üzrə bilik və təcrübə səviyyəsi
İş şəraiti:
Ofis daxili;
İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar yeməyinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi[email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində“Sistem inzibatçısı – Aparıcı mütəxəssis”yazılmalıdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb