Pərakəndə sektoruna marağı olan, karyerasına yeni başlayan gənclərin diqqətinə. “Araz Supermarket” MMC Şəxsi marka və idxalat şöbəsi üzrə təcrübə proqramını açıq elan edir. Tələblər nədir? - Yeni bilik və bacarıqlar öyrənmək istəyi - Rus-dili biliyi mütləqdir (işin mahiyyətinə əsasən) - İngilis-dili biliyi arzuolunandır Proqram son kurs bakalavr tələbələri və ya magistr dərəcəsində təhsilini davam etdirənlər, həmçinin universitetdən son 2 ildə məzun olan şəxslər üçün nəzərdə tutulur. Qeyd edək ki, təcrübə proqramı 3 aylıqdır, rəsmi və ödənişlidir. Təcrübəçi kimi 3 ay müddətində işləyib müqavilə öhdəlikləriniuğurla başa vurangənclər, davamlı işlə təmin oluna bilərlər. Təcrübə proqramına müraciət etmək istəyən namizədlər CV-ləri[email protected]ünvanına “Təcrübə proqramı- Şəxsi marka və idxalat” başlığı altında yönəldə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb