Verilən tapşırıqların səthi və ya dərindən öyrənildiyini bilmək müəllim üçün vacibdir : bu iki öyrənmə tipləri arasındakı fərqi aydın başa düşən müəllim, keçirilən dərsin öyrənilməsi üçün nəzərdə tutulan tapşırıqlardan hansıların səthi və hansılarının dərindən öyrənməyə kömək etdiyinin fərqinə vara bilir.
Səthi öyrənmə Səthi öyrənərkən tələbələr qarşıya qoyulan tapşırıqdan xilas olmaq, canlarını qurtarmaq üçün edirlər. Səthi yanaşma yalnız öyrənmədə deyil, başqa sahələrdə də tətbiq oluna bilir. “Bir işi başdansovdu etmək” kimi ifadələr bunu göstərir; iş tamamlanmış, həll olunmuş kimi görünür, lakin əslində tamamlanmayıb. Akademik öyrənmədə buna nümunələr çoxdur: mövzunu anlamadan əzbərləmək, təkrar sözlərdən ibarət və məntiqi ardıcıllığın qorunmadığı, həmçinin müəyyən nəticələrin göstərilmədiyi inşalar yazmaq və sair. Əzbərçilik ümumilikdə səthi öyrənmə metodu kimi görünsə də [1] vacib məlumatların (məsələn, kimyada suyun tərkibi) yadda saxlanılması üçün istifadə oluna bilər. Vacib olan odur ki, tələbədən əsas öyrənmə nəticəsi kimi əzbərçilik tələb olunmasın – əzbərdən məlumatın yadda saxlanılması dərsin (və ya rübün, semesterin) sonunda əsas tələb kimi nəzərə alınmasın, əzbərlənmiş məlumatlar ümumən keçilən dərsin öyrənilməsi zamanı mövzunun başa düşülməsində sadəcə kiçik rol oynasın. Səthi öyrənmə zamanı tələbələr bir-biri ilə heç bir əlaqəsi olmayan faktları öyrənir. Bu isə öz növbəsində öyrədilən materialın əsas mənasını mənimsəməkdən tələbəni uzaqlaşdırır. Emosional olaraq isə öyrənmə tələbə üçün yükə çevrilir və o, bu yükdən “canını qurtarmaq” üçün “başdansovdu” edir. Verilən tapşırıqlara qarşı onda gərginlik, bezginlik kimi neqativ hisslər yaradır. Tələbələr nə zaman səthi yanaşmanı tətbiq edirlər: Tələbə tərəfindən
Müəllim tərəfindən:
Dərindən öyrənmə Dərininə öyrənmə, tələbə verilən tapşırıqları hərtərəfli və mənalı şəkildə yerinə yetirmə ehtiyacı duyduğu zaman baş verir. Tələbələr bu öyrənmə ehtiyacını hiss etdikləri zaman avtomatik olaraq alt mənalara , əsas ideyalara, prinsiplərə və onların uğurla tətbiq olunduqları yerlərə fokuslanırlar. Bu isə öz növbəsində, mövzu ilə bağlı tələbənin öncədən məlumatlı olmasını tələb edir: bu halda tələbə detallara fokuslanır və həmçinin “böyük şəkli” görə bilirlər. Tapşırığı yerinə yetirərkən dərininə öyrənmə tətbiq edən tələbələr maraq, dəyərlilik və coşğu hiss edirlər. Öyrənmə zövq verir. Tələbələr dərsə cavab tapmaq istədikləri suallarla gəlirlər və cavablar gözlənilməz olduqda, dərsə daha çox maraq qatır. Tələbələri mövzuları dərininə öyrənməyə həvəsləndirən faktorlara aşağıdaklar aiddir: Tələbə tərəfindən
Müəllim tərəfindən
Ümumiləşdirsək: 1. Tələbənin dərsdə aktivliyi müəllimin metdoları ilə bir çox hallarda əlaqədardır 2. Öyrənmə ehtiyacının, marağın yaradılması və müəllim dərsin tələbənin sahib olduğu əvvəlki biliklər üzərində qurulmasına çalışmalıdır. Müəyyən araşdırma bacarıqlarına malik olan müəllim,beləliklə, tələbələrdə dərininə öyrənməni təmin edə bilər.
İstinad Biggs, J & Tang, C. (2007). Teaching for Quality Learning at University (3rd ed.).Society for Research into Higher Education & Open University Press [1] Webb, G. (1997) Deconstructing deep and surface: towards a critique of phenomenography, Higher Education, 33: 195–212.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM: Edumap.az - Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM: @edumap.az
Oxşar Məqalə:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb