
Səriştəli metodist olmaq istəyənlərin nəzərinə!
Təhsil İnstitutu tərəfindən “Məktəblərdə keyfiyyətli metodik xidmət” proqramı çərçivəsində regionlarda “Səriştəli metodist” layihəsinə qeydiyyat davam edir. Müraciət üçün son tarix 15 avqust 2021-ci il nəzərdə tutulub. Layihəyə qoşulmaq istəyən şəxslərin müraciətləri aşağıdakı tələblərə əsasən qiymətləndiriləcək: - Ali təhsil; - Minimum 5 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır); - Müasir dövrdə təhsilin səmərəli təşkili ilə bağlı beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı; - "Microsoft Office" proqramları və internet resurslarından istifadə bacarığı; - Təşkilatçılıq bacarığı; - Komanda ilə işləmək bacarığı; - Zərurət olduqda ölkə ərazisi üzrə iş səfərlərinə getmək imkanı; - Yaş həddi: 27 yaşdan yuxarı Namizədlər öz CV-lərini[email protected]e-poçt ünvanına göndərə bilərlər. CV formasını buradan yükləyə bilərsiniz:https://www.arti.edu.az/.../794-quot-saristali-metodist... Bundan əlavə, müraciət edərkən aşağıdakı formanı doldurmağınız tələb olunur. https://cutt.ly/ymDZwW6BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur