Azərikard "Sənədləşmə üzrə mütəxəssis" vəzifəsi üzrə vakansiya elan edir. Vəzifə öhdəlikləri: - Şirkətdaxili əmr və qərarların, həmçinin keçirilən iclasların protokollar üzrə qəbul edilmiş qərarların reyestrinin aparılması və aidiyyəti üzrə yönləndirilməsi; - Sənədlərin icrasının nəzarətdə saxlanması və aidiyyəti şəxslərə göndərilməsinin təmin edilməsi; - Aidiyyəti şəxslərin təqdim etdiyi qərarın icrası barədə məlumatın reyestrdə daxil mütəmadi yenilənməsi, izlənməsi və statusun dəyişdirilməsi; - Rəhbərliyə əmrlər, qərarlar, protokollar barədə aylıq hesabatların təqdim edilməsi; - Şirkətin daxili normativ sənədlərinin tərtib edilməsi; - Rəhbərliyin digər tapşırıq və göstərişlərinin icra edilməsi. Tələblər: - Ali təhsil; - Aidiyyatı sahə üzrə təcrübə; - Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı; - Xarici dil biliyi: rus dili; - Ünsiyyət qurma və komandada işləmək bacarığı. Namizədlərdən CV-i “Sənədləşmə üzrə mütəxəssis” mövzusu ilə[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar. __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb