Bazar, 11 May, 2025

Sən Qrafik Dizaynersən!


  • Dərc edildi: 22 İyun, 2021 - 08:22
Sən Qrafik Dizaynersən!

Sən Qrafik Dizaynersən!
- Paintdə logo yığanlara qarşı daima mübarizədəsən!
- Səyahəti çox sevirsən. Amma kasıbsan. Gedə bildiyin yerlərə pulla, bilmədiklərinə photoshopla gedirsən.
- Hər dəfə Rəsul Həsənin işlərinə baxanda deyirsən ki, “ala, mən bunnan da yaxşısın eliyərəm!”
- “Loqonu birazca böyüt, baqatı görünsün” cümləsindən mazaxist bir kayf alırsan.
- Həyatını #ffffff və #000000 yaşamırsan. Maaşı 2 günə xərcləməyi bacarırsan.
- Qulaqcıqları yaddan çıxarıb, evdə qoyanda ̶w̶t̶f̶ ̶d̶e̶m̶i̶r̶s̶ə̶n̶,̶ ürəyinə almırsan, lomkaya düşmürsən.
- Minimalistsən. Dizayn işlərində də, həyata baxışında da. Maaş istəklərin də minimalist olsa, bomba kimi.
- Ciblərində, kartında nə qədər pul varsa, ya “Apple Store”da, ya “Nike”da xərcləmək istəyirsən. Amma nə cibində, nə kartında pul yoxdur.
- 25+ yaşın var amma hələ də Lego yığmaqdan zövq alırsan.
- Harasa səyahət etdikdə, ilk axtardığın yer “Contemporary Art Museum” olur. Özünü bu sənət əsərlərinin dəlisi kimi göstərirsən amma hamı kimi sən də başa düşmürsən.
- Marketdə seçdiyin məhsulların əksəriyyətini packaging dizaynına görə alırsan.
- Behance, Dribbble-a Facebook, İnstagramdan daha çox daxil olursan.
- Səbirlisən. Layihədə seçilən fonta görə heçkimi söhbətə çağırmarsan. Font "Arial" olsa belə.
- Çarən olsa, ölkədəki şirkətlərin 85%-ini rebrendinq edərsən.
- Sənin üçün həyatda təqaüdə çıxma anı məhz müştərinin sifarişə heçbir mız qoymadan, ilk dəfədən “Əladır! Təsdiq!” deməsidir.
- Bunlardan əlavə birazca da dizayn bacarırsansa, biz səni axtarırıq, ey bomba dizayner!
Maaş təcrübədən asılı olaraq 1000-1800 AZN. Maraqlı dizaynerlər öz portfolio və CV-lərini [email protected] email adresinə yollaya bilər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...