Bazar, 11 May, 2025

Sən də təhsil vloqeri ol!


  • Dərc edildi: 28 Mart, 2022 - 16:08
Sən də təhsil vloqeri ol!

Sən də təhsil vloqeri ol! - - - Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Təhsil vloqeri” müsabiqəsinə start verilir. Müsabiqənin keçirilməsində məqsəd fərqli ideyaları və innovativ təşəbbüsləri ilə seçilən, maraqlı tədris mühiti formalaşdıraraq şagirdlərinin sevimlisinə çevrilən müəllimlərin ictimaiyyətə tanıdılmasıdır. Müsabiqə üzrə tələblər aşağıdakılardır: - Müsabiqədə ümumi təhsil müəssisələrində dərs deyən müəllimlər iştirak edə bilər; - Müsabiqədə iştirak etmək istəyənlər maraqlı və innovativ keçən tədris anını video formatda qeydə almalıdır; - Video 2 dəqiqədən artıq olmamalıdır; - İştirakçı özü haqqında zəruri məlumatları (adı, soyadı, yaşı, yaşadığı şəhərin (rayonun adı), çalışdığı təhsil müəssisəsinin adı, tədris etdiyi fənnin adı, əlaqə telefonu) daxil etməklə hazırlanmış videonu 20 may 2022-ci il tarixinədək [email protected] elektron ünvanına göndərməlidir. Qeyd edək ki, müsabiqənin yekununda Təşkilat Komitəsi tərəfindən qaliblər müəyyənləşdirilərək təltif ediləcəklər.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...