Bazar ertəsi, 12 May, 2025

"Satış Sənəti"Təcrübə proqramı


  • Dərc edildi: 19 Aprel, 2022 - 10:33
"Satış Sənəti"Təcrübə proqramı

PAŞA Sığorta ASC"Satış Sənəti"Təcrübə proqramına start verir. Əgər siz də uğurlu karyera qurmaq, peşəkar iş mühitində çalışmaq və sığorta satışı sahəsində real təcrübə qazanmaq istəyirsinizsə, Satış Sənəti proqramı sizin üçün ən doğru seçimdir. - 6 aylıq ödənişli təcrübə proqramı müddətində siz, satış və sığorta üzrə müxtəlif təlimlər alacaq, Telesatış komandası daxilində müştərilərlə işləmək və real satış etmək imkanı qazanacaqsınız. - PAŞA Sığorta ASC şirkəti olaraq biz, irqindən, dinindən, cinsindən, yaşından, sosial statusundan və fiziki imkanlarından asılı olmayaraq bütün namizədləri bərabər şəkildə dəyərləndirir və bərabər iş imkanları yaradırıq. Satış Sənəti Təcrübə proqramının üstünlükləri nələrdir?

  • Sığorta sahəsində real iş təcrübəsi qazanmaq imkanı
  • Ödənişli təcrübə proqramı olması
  • Sığorta və Satış sahəsi üzrə geniş təlim proqramında iştirak
  • Satış Sənəti Təcrübə proqramını bitirmiş təcrübəçilərə proqramın sonunda iştirakla bağlı sertifikat təqdim ediləcəkdir
  • Proqramı uğurlu başa vurmuş yüksək performans göstərmiş təcrübəçilər “PAŞA Sığorta” ASC şirkətinin Telesatış komandasında iş imkanı qazanacaqlar
Namizədə tələblər:
  • Tam günlük təcrübə proqramı olduğu üçün yeni məzun olmuş və ya qiyabi təhsil alan gənclər
  • Karyerasını satış sahəsində qurmaq istəyən təcrübəsiz və ya 1 ildən az təcrübəsi olan namizədlər
  • Karyerasında bir müddət fasilə etmiş və yenidən başlamaq istəyən namizədlər
Əgər siz də PAŞA Sığorta ailəsinə qoşulmaq və uğurlu karyeranıza bizimlə başlamaq istəyirsinizsə 31.05.2022 tarixədək CV-nizi məktubun mövzu hissəsində “Satış Sənəti Təcrübə proqramı”qeyd etməklə[email protected]ünvanına göndərməyiniz xahiş olunur.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 324
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 753
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 386
Xaricdə təhsil almaq...