Gəlin, gücünüzü idmanla yoxlayaq!
6-10 aprel tarixlərində “Sağlam həyat” günlərində iştirak etməklə öz yaş qrupunuz üzrə idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınamış olacaqsınız.
Sınaqlar 11 müxtəlif yaş qrupu üzrə təşkil ediləcək: 6-8 yaş, 9-10 yaş, 11-12 yaş, 13-15 yaş, 16-17 yaş, 18-29 yaş, 30-39 yaş, 40-49 yaş, 50-59 yaş, 60-69 yaş, 70+ yaş.
İdman zonaları: qaçış, yerindən uzunluğa tullanma, ağırlıqqaldırma, turnik, top atma, dayaqlı vəziyyətdən qolların bükülüb-açılması və qarın əzələlərinin möhkəmləndirilməsi ("jim" və "press").
İştirak etmək üçün öncədən qeydiyyata ehtiyac yoxdur, saat 10.00-18.00 arasında Bakı Bulvarındakı Saat Qülləsinin yanına gəlmək yetərlidir.
İştirakçılara göstərdikləri nəticələrə müvafiq olaraq “qızıl”, “gümüş” və “bürünc” sertifikatlar təqdim ediləcək.
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb