6 həftəlik "Sağlam Cavan" layihəmizin ikinci məşqini elan edirik!
İkinci həftəmizin məşqçisi qaçış və şüvüllə tullanma üzrə Azərbaycan rekordçusu və çempionu olan Ülkər Xəlilovadır.
Yüngül atletika üzrə yığma komandanın üzvü olmuş Ülkər xanım artıq 10 ildir ki, professional olaraq, fitnes-məşqçi kimi fəaliyyət göstərir.
Açıq havada baş tutacaq layihə çərçivəsində iştirakçılar məşqçimizlə birgə yüngül fiziki hərəkətlərlə məşğul olacaqlar.
Məkan: Ağ Şəhər Bulvarı
Tarix: 18 iyun, saat 18:00
Layihə Azərbaycan Gənclər Fondunun dəstəyi, "Cavan" Gənclər Hərəkatının təşkilatçılığı ilə keçirilir.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb