Honours Academy - Institute of Finance"Resepşn" vəzifəsi üzrə vakansiya elan edir. Öhdəliklər: - Ofisə gələn müştərilərin qarşılanması və xidmətlər haqqında məlumatların verilməsi; - Müştəri sifarişləri və şikayətlərinə baxılması, müvafiq istiqamətlərə yönləndirilməsi; - Telefon zənglərinə cavab verilməsi, yönləndirilməsi; - Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi. İş şəraiti: Həftədə 6 gün olmaqla 40 saatlıq iş rejimi Namizədə tələblər: - Müvafiq sahədə iş təcrübəsinin olması üstünlükdür; - Azərbaycan dili yüksək səviyyədə olmalı, rus və ingilis dili arzuolunandır; - Güclü ünsiyyət və danışıq qabiliyyətinin olması; - Kompüter bacarıqlarının olması; - Dürüst, məsuliyyətli və işgüzar olması Əmək haqqı: 450 AZN xalis əmək haqqı + Bonus Uyğun gələn namizədlərdən öz CV-lərini[email protected]ünvanına, mövzu bölməsində "Resepşn" yazmaqla göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb