İş elanlarını görəndə təəccüblənirsiniz? Sizi yaxşı başa düşürük... Məhz bu səbəbdən sizin üçün təcrübə proqramı təşkil etdik, özü də ödənişli. Sonunda işlə də təmin edirik. 2 istiqamət üzrə qoçaq, gənc yol yoldaşı axtarırıq. Rəqəmsal marketinq üzrə təcrübəçi - tələblər: - Analitik düşünmə - Marketinq, rəqəmsal marketinq sahələrinə ciddi həvəs, bu sahədə baza biliklərinin olması - Ən azı 1 xarici dildə sərbəst araşdırmaq, oxumaq - Ofis proqramlarında orta səviyyədə işləmək - Sosial şəbəkələrdən aktiv istifadə edən - Enerjili, aktiv, məsuliyyətli Müştərilərlə əlaqələr üzrə təcrübəçi - tələblər (kişi namizədlərə üstünlük veriləcək): - Yüksək yazılı və şifahi kommunikasiya bacarıqları - Dəqiq, məsuliyyətli - Ünsiyyətcil, enerjili, aktiv - Ən azı 1 xarici dildə sərbəst araşdırmaq, oxumaq - Ofis proqramlarında orta səviyyədə işləmək Təcrübə müddəti 3 aydır. İş qrafiki təcrübə müddəti ərzində razılaşdırılacaqdır, lakin yalnız təcrübə müddətinin sonunda tam iş günü işləməyə razı olanlar müraciət edə bilər. Əgər siz də təcrübələnmək istəyirsinizsə, CV-lərinizi müraciət etdiyiniz vakansiyaya uyğun olaraq “rəqəmsal marketinq üzrə təcrübəçi” və ya “müştərilərlə əlaqələr üzrə təcrübəçi” başlıqları ilə[email protected]ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 17 yanvar __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb