“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən 8 Noyabr-Zəfər Günü xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən 44 günlük Vətən Müharibəsində qazanılan qələbənin əbədiləşdirilməsi məqsədilə hər iltəntənəli şəkildə qeyd edilməsi nəzərdə tutulur. Azərbaycan rəssamları da bu böyük qələbədən ilham alaraq, mövzuya həsr olunmuş dəyərli sənət əsərlərini yaratmaqdadırlar. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2021-ci il noyabr ayının 6-da Vətən Müharibəsində qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı Respublika Yaradıcılıq Sərgisi keçirəcəkdir. Sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılmış möhtəşəm tarixi zəfərin təsviri sənət əsərlərində nümayişi məqsədilə həyata keçiriləcək. Sərgidə 18 yaşdan yuxarı yerli və xarici rəssamlar, heykəltəraşlar, qrafika və akvarel ustaları əsərləri ilə iştirak edə bilər. İştirak qaydaları:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb