Bazar, 11 May, 2025

"Qadınlar STEM-də” mentorluq proqramına mentor qəbulu davam edir


  • Dərc edildi: 14 İyul, 2022 - 10:00
"Qadınlar STEM-də” mentorluq proqramına mentor qəbulu davam edir

STEM (Elm, Texnologiya, Mühəndislik, Riyaziyyat) sahələrində 5 ildən artıq təcrübəyə sahib olan xanımlar! Sizi BMT-nin İnkişaf Proqramı tərəfindən həyata keçirilən “Qadınlar STEM-də” mentorluq proqramında mentor olmağa dəvət edirik. Proqramın mentoru olmaqla siz: ✅Ölkəmizdə STEM sahələrində qadınların sayının və səlahiyyətinin artılmasına yönələn böyük bir layihənin bir parçası olacaq; ✅İstedadlı, uğurlu və bir-birini dəstəkləyən qadınlardan ibarət geniş çevrə və əlaqələr qazanacaq; ✅BMT-nin İnkişaf Proqramının mentoru statusunu əldə edəcək; ✅Layihənin sonunda BMT-nin İnkişaf Proqramı tərəfindən Təşəkkür məktubu ilə təltif olunacaqsınız. Əgər: STEM təhsiliniz və STEM sahələrində 5 ildən yuxarı iş təcrübəniz varsa; Öz bilik və təcrübənizi STEM sahələrində təhsil alan və ya bu sahələrdə iş həyatına yeni başlayan gənc qızlarla bölüşmək istəyirsinizsə; Mentilərə zaman ayırıb, onlarla onlayn və canlı görüşlər keçirməyə hazırsınızsa siz də proqramımıza qoşulun. Qeyd edək ki, proqram 9 ay müddətində davam edəcək, mentor-menti görüşləri isə proqramın 2, 5 və 8-ci aylarında, ayda 4 dəfədən az olmamaqla baş tutacaq. “Qadınlar STEM-də” mentorluq proqramına qoşulmaq üçün aşağıdakı linkə keçid edib məlumatları doldurmağınızı xahiş edirik: www.shorturl.at/qCPRX Son müraciət tarixi: 20.07.2022

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...