Minimum vakansiya tələbləri:
- Orta ixtisas və ya orta təhsilli qadın namizəd olmalı;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Azərbaycan dilində yaxşı səviyyədə danışmaq və yazmaq bacarığı;
- Rus dili üzrə orta səviyyədə biliklər arzuolunandır;
- Dəqiqlik, düzgünlük, məsuliyyətlilik və intizamlılıq;
- Çeviklik və qısa zamanda qərar vermək bacarığı;
- Şifahi ünsiyyət bacarığı;
- Təxirəsalınmaz ilk tibbi yardım biliyinin olması arzuolunandır;
- İctimai təhlükəsizlik və əmlakla bağlı təhlükəsizlik qayda və normaları üzrə biliklər arzuolunandır;
- Fiziki güc və xüsusi mühafizə vasitələrindən istifadəbacarığı;
- Hər hansı bir idman sənətinin sahibinə üstünlük veriləcəkdir
Yüksək dərəcədə məsuliyyətlilik və etibarlılıq.
Vəzifə öhdəlikləri:
- Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək.
- Təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq.
- Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
- Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək.
- Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək;
- Mühafizə kameralarınınişinə nəzarət etmək.
- Təlimatlara uyğun olaraq mühafizə məsələləri ilə bağlı Şirkətə məxsus ərazidə müntəzəm olaraq baxış keçirmək.
- Tapşırığın davam etdiyi müddət ərzində müvafiq şəxslər ilə rabitə yaratmaq üçün informasiya mübadiləsi vasitələrindən istifadə etmək.
- Mühafizə işləri ilə əlaqədar mümkün riskləri müəyyən etmək, onların özünə, digərlərinə, ev və binalara risk dərəcəsini qiymətləndirmək və təkliflər vermək.
- Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək.
- Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.
İş saatları: I-V günlər, 08:00-17:00
Elan tarixi: 13.04.2022
Son müraciət tarixi: 02.05.2022
- Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən
İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (
https://www.kaspi.edu.az/career/)
- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.
İŞƏ MÜRACİƏT FORMASI
_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb