Orta biznesin müştəriləri ilə iş şöbəsinin aparıcı/baş mütəxəssisi
Tələblər:
magistr dərəcəsi;
bank sahəsində 1 illik təcrübə;
aktiv işyönümlü;
səlahiyyətləri çərçivəsində operativ qaydada qərar qəbul etmək və öz üzərinə məsuliyyət götürmək bacarığı;
ünsiyyətçil.
Vəzifələri:
korporativ müştərilərin axtarışı və cəlb edilməsi;
çarpaz satışların həyata keçirilməsi;
korporativ müştəri bazasının formalaşdırılması və inkişafı;
satış kanallarının müəyyən edilməsi, hər bir kanalın inkişafı və effektivliyinin yüksəldilməsini təmin edilməsi;
potensial müştəriləri cəlb etmək üçün təqdimatların və digər tədbirlərin hazırlanması;
korporativ müştərilərin sorğu, şikayət və təkliflərinə baxılması və tənzimlənməsi üzrə təbirlərdə iştirak;
Bankda hesab açma prosedurunu tənzimləyən daxili sənədə uyğun olaraq korporativ müştərilərə bank hesabı açma qaydası barədə məlumatın verilməsi;
Bankın müvafiq daxili sənədinə uyğun olaraq hesabların açılmasının təşkili və koordinasiyası;
maliyyə təhlili üçün tələb olunan sənədlərin toplanması üzrə Müştəri ilə işin təşkili;
kredit-təminat sənədlərinin verilmə tarixləri, Kredit əqdlərinin imzalanma şərtləri və sənədlərin əməliyyat bölməsinə verilməsindən əvvəl icrasına nəzarət edilməsi barədə müştərinin məlumatlandırılması;
inzibati rəhbərə planlaşdırılmış və icra edilmiş tapşırıqlar barədə gündəlik/həftəlik qaydada hesabat vermək;
yuxarı Seqmentaltının korporativ biznes məhsulları baxımından əsas rəqiblərinin bazar təhlilinin və monitorinqinin aparılması, mövcud xidmətlər və məhsullarda dəyişikliklərə başlanılması.
Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını[email protected]elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb