Şənbə, 10 May, 2025

“Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətləri qəbul başladı


  • Admin:
  • | Dərc edildi: 20 Oktyabr, 2021 - 08:30
“Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətləri qəbul başladı

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi“Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətləri qəbul edir. Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi iləAzerconnectMMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Təlimlər hibrid formatda (həm onlayn, həm də ənənəvi olaraq)Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək. Təlimin müddəti: 2.5 ay Əsas seçim meyarları: Orta ixtisas və ya ali təhsil alan tələbələr və ya məzunlar; Fikrini aydın izah etmək bacarığı; Azərbaycan dilində səlis danışıq bacarığı; Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür); Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı; Təlimə seçilmiş şəxslər təlim zamanı ön ofis və onun iş prinsipləri, müştəri xidmətləri və məmnuniyyəti, satış və ünsiyyət bacarıqları, satış işinin qurulması, müştərilərin istəklərinə uyğun satış işinin təşkili, düzgün yönləndirmə, münaqişələrin həlli, stresə davamlılıq kimi çoxşaxəli istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər. Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər. Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək. Müraciətləri 31 oktyabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz: https://bit.ly/2XEmDBs Əlavə sualınız yarandığı təqdirdə[email protected]ünvanına müraciət edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 303
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 718
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 368
Xaricdə təhsil almaq...