Bazar, 11 May, 2025

“Ön Ofis/Satış Təmsilçisi” təlimi


  • | Dərc edildi: 23 Sentyabr, 2021 - 10:55
“Ön Ofis/Satış Təmsilçisi” təlimi

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətləri qəbul edir. Məlumatındaha geniş kütləyə çatdırılması üçün səhifənizdə paylaşmağınızı xahiş edirik. Post paylaşıldıqdan sonra linkini bizimlə bölüşməyiniz xahiş olunur.

Paylaşılacaq məlumatları vəposteri diqqətinizəçatdırırıq:

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi “Ön Ofis/Satış Təmsilçisi” təliminə müraciətləri qəbul edir.

Təlimlər Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə Azerconnect MMC ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Təlimdə iştirak edən şəxslər təlim zamanı ön ofis və onun iş prinsipləri, müştəri xidmətləri və məmnuniyyəti, satış və ünsiyyət bacarıqları, satış işinin qurulması, müştərilərin istəklərinə uyğun satış işinin təşkili, düzgün yönləndirmə, münaqişələrin həlli, stresə davamlılıq kimi çoxşaxəli istiqamətlərdə bilik və bacarıqlar əldə edəcəklər.

 

Əsas seçim meyarları:

Orta ixtisas və ya ali təhsil alan tələbələr və ya məzunlar;

Fikrini aydın izah etmək bacarığı;

Azərbaycan dilində səlis danışıq bacarığı;

Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür);

Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı;

 

Təlimin müddəti: 2.5 ay

Seçilmiş namizədlər təlim ödənişindən azad ediləcəklər.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar təqdim ediləcək.

Müraciətləri 06 oktyabr, 2021-ci il tarixinədək aşağıdakı keçid vasitəsi ilə göndərə bilərsiniz:

https://bit.ly/2XEmDBs

Əlavə sualınız yarandığı təqdirdə [email protected]ünvanına müraciət edə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...