Vəlioğlu- 2018 şirkəti Ofis Meneceri vakansiyası elan edir: İş rejimi:I-VI günlər İş vaxtı:09:00-17:00 Əmək haqqı:800-1000 İş Təsviri: - Direktorun görüş cədvəllərini hazırlamaq və görüşləri təşkil etmək; - Yerli və Xarici şirkətlər tərəfindən gələn məktubların cavablandırılmasını təmin etmək; - Daxili və xarici ezamiyyətlər üçün hazırlıqlar görmək, marşrutları seçmək, səfər planlarını (aviabiletlərin sifarişi, otel gecələməsi və s,) hazırlamaq; - Şirkət qonaqlarının qarşılanması, köməklik göstərilməsi, istiqamətləndirilməsi; - Müxtəlif layihələr və aidiyyatı işlərlə bağlı elektron yazışmalar aparmaq; - Struktur bölmə rəhbərlərinə tapşırılmış işlərinin icrasına nəzarət etmək və icra olunma statusunu direktora bildirmək; - Rəhbərliyin verdiyi tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsinə nəzarət etmək; - Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət etmək; - İşçi heyəti münasibətlərinin idarə edilməsi; - Ofis daxili əməliyyat və prosedurların nəzarətinin həyata keçirilməsi. Tələblər: - Ali təhsil; - Müvafiq sahədə ən azı 1 (bir) il iş təcrübəsi; - Azərbaycan dili və İngilis dili – əla,(Rus dili yaxşı səviyyədə bilməsi üstünlükdür); - MS Office proqramlarında işləmə bacarığı; - Yüksək şifahi və yazılı kommunikasiya qabiliyyəti; - Güclü təşkilatçılıq və planlaşdırma bacarıqları; - Ofis ərazisinə yaxın yaşayış ərazisi (üstünlükdür); Yalnız xanım namizədlər. Çalışmaq arzusunda olan şəxslər mövzu yerinə "Ofis Meneceri" qeyd etməklə CV-lərini[email protected]elektron poçt ünvanına göndərə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb