Bazar, 11 May, 2025

"NAYORA könüllüsü ol IX" könüllülük proqramına sən də qoşul!


  • | Dərc edildi: 12 Noyabr, 2021 - 20:33
"NAYORA könüllüsü ol IX" könüllülük proqramına sən də qoşul!

"NAYORA könüllüsü ol IX" könüllülük proqramına sən də qoşul!
Yerli və beynəlxalq layihələrdə iştirak etmək, NAYORA-da təcrübə toplamaq və sosial çevrəsini genişləndirmək istəyən gənclərin nəzərinə! Uzun zamandır gözlədiyiniz könüllülük proqramına qeydiyyat yenidən başladı. 🤩 Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycanın aparıcı gənclər təsisatıdır. Öz ətrafında 143 gənclər təşkilatını birləşdirən NAYORA ölkə gəncləri və təşkilatlarının yeganə konfederativ strukturu, vahid koordinasiya və əməkdaşlıq mərkəzi olmaqla onların beynəlxalq inteqrasiyasını təşkil və təmin edən qurumdur. NAYORA könüllüsü olmaqla sən: Yerli və beynəlxalq tədbirlərdə, seminarlarda iştirak edəcəksən; İşinin peşəkarı olan mütəxəssislər və komanda ilə işləmək imkanı qazanacaqsan; Layihə idarəetməsi bacarıqlarını inkişaf etdirəcək və keçirilən layihələrdə iştirak etmək imkanı qazanacaqsan; Gələcək iş həyatı tanış olacaqsan; Yeni şəxslərlə tanış olaraq öz dost çevrəni genişləndirəcəksən. Kimlər müraciət edə bilərlər : 16-24 yaş aralığındakı gənclər; Azərbaycanda xüsusən Bakıda yaşayan gənclər; Yenilikçi, innovativ və kreativ gənclər; Gənclərlə iş sahəsində işləməyə motivasiyası olan gənclər; Komanda ilə birgə işləməyə motivasiyası olan gənclər; İngilis və ya hər hansına dil biliyinin olması arzu olunandır. Könüllülük proqramının müddəti: 1 Dekabr -1 Aprel Müraciət üçün son tarix: 17 noyabr 2021-ci il, saat 🕛23:59
Qeydiyyat üçün linkə daxil ola bilərsiniz: https://forms.gle/WmdvMd89ycP4UY988

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...