Şənbə, 10 May, 2025

NASA-nın Marsı yaşayış üçün əlverişli hala gətirmək planı açıqlandı


  • Admin:
  • | Dərc edildi: 11 Yanvar, 2022 - 09:45
NASA-nın Marsı yaşayış üçün əlverişli hala gətirmək planı açıqlandı

NASA-nın Marsı yaşayış üçün əlverişli hala gətirmək planı açıqlandı: Keçən həftə NASA-dan təqaüdə çıxan alim Ceyms Qrin (James Green), Marsı yaşayış üçün əlverişli hala gətirmək layihəsinin təfərrüatlarını açıqlayıb. Qrin, Marsı Günəşin yüksək enerjili hissəciklərindən qorumaq üçün onu nəhəng bir maqnit qalxanı ilə örtməyi təklif edir. Qoruyucu qalxan sayəsində Günəşin Mars atmosferini soymasının qarşısı alına biləcəyini deyən Ceyms Qrinin sözlərinə görə, planetdə insan üçün əlverişli iqlim yaratmaq mümkün olacaq. Atmosferin soyuması dayandırılsa, səthdəki təzyiqin artacağını və Marsın özünü "dünyalaşdırmağa" başlayacağını ifadə edən Qrin, bu şərtlər altında, yüksək temperatur və təzyiqin köməyi ilə torpaqda bitki yetişdirmə prosesinin başlamasının daha asan olacağını sözlərinə əlavə edib. Ceyms Qrin bildirib ki, simulyasiyalar göstərir ki, bir neçə il ərzində Mars Yerlə müqayisə oluna biləcək bir mühitə çevrilə bilər. Alim 2017-ci ildən öz layihəsi üzərində işləyir; "İqlimi süni şəkildə dəyişdirdiyimiz yer əslində terraformasiya deyil. Biz bunu təbiətin etməsinə icazə veriri. Və biz bunu bu gün bildiyimiz fizikaya əsaslanaraq edirik." sözləri ilə izah edib. Mənbə: NTV Hazırladı: Edumap.az Təhsil Portalı _______________________________________________________________________________________________________________

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 728
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 375
Xaricdə təhsil almaq...