Bazar, 11 May, 2025

Müştərilərlə iş üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 11 Oktyabr, 2021 - 06:24
Müştərilərlə iş üzrə kiçik mütəxəssis vakansiyası

Kapital Bank namizədləri İmişli, Qusar, Bərdə, Şəmkir, Goranboy, Sabirabad və Tovuz filliallarında Müştərilərlə iş üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir: Öhdəliklər : ·Bankın daxili qaydaları və tarifləri üzrə kreditlərin şərtləri və ödəniş qaydaları ilə bağlı müştərilərin müraciətlərini cavablandırır; ·Bankın daxili qayda və tariflərinə uyğun olaraq verilmiş kreditlər üzrə xidmət haqlarının tutulmasını təmin edir; ·Kreditlərin rəsmiləşdirilməsi və rəsmiləşdirilən kredit sənədlərinin arxivləşdirilməsi; ·Kredit portfelinə nəzarət etmək və təhlillər aparmaq; ·Yeni müştərilərin cəlb edilməsində aktiv iştirak etmək; ·Mülki Məcəlləyə uyğun olaraq müştəri hesabları üzrə ödənişlərin aparılması zamanı növbəlilik prinsiplərinə riayət edilməsini təmin etmək və məsuliyyət daşımaq; ·Korporativ müştəri mədəniyyəti standartlarına əməl etmək; ·Hеsablaşma-pul sənədlərini rəsmiləşdirərək, hеsablarda əks еtdirməklə müştərilərin şəхsi hеsablarına işləmək və s. Tələblər : ·Ali təhsil; ·Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti; ·Azərbaycan dilində sərbəst danışmaq bacarığı ·MS Office (Word, Excel) proqramları üzrə biliklər; ·Gərgin iş qrafikində işləmək bacarığı; ·Əla ünsiyyət bacarıqları; ·Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti. Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Müraciət etmək üçün[email protected]mail ünvanına mövzu hissəsində “Region filialı” qeyd etməklə CV-lərinizi göndərə bilərsiniz.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...