Caspian Event Organisers şirkəti Mühasibatlıq şöbəsinə Təcrübəçi vakansiyası elan edir. İŞİN TƏSVİRİ: ·Qaimə-fakturanın hazırlanması və sərgi zamanı iştirakçı şirkətlərə göndərilməsi; ·Ayın sonunda bank hesabatlarının hazırlanması və göndərilməsi; ·Müqavilələrin və əlaqəli sənədlərin qeydiyyatı və toplanması; ·Bank arayışlarının toplanması və açılan və bağlanan qalıqların yoxlanması; ·Ləğv müqavilələri və hesabatlarının hazırlanması, imzalanması və göndərilməsi. TƏLƏBLƏR: İqtisadisahə üzrə bakalavr ali təhsili; Kompüterdən əla istifadəçi səviyyəsində istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel), Internetdə işləmə bacarığı); Komandada işləmək bacarığı; Diqqətli, məsuliyyətli və operativ olması. Maraqlanan şəxslərdən CV-lərini mövzu yerinə “Mühasib Təcrübəçi” yazaraq[email protected]elektron ünvanına göndərmələri xahiş olunur.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb