MKT İK MMC-də "Açıq Qapı Günləri" "MKT İK MMC" Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə şirkətin "Saatlıfilialı"nda "Açıq Qapı" günü keçirəcək. 7 may 2022-ci il tarixdə saat 10:00-17:00 aralığında Saatlı rayonu Mədəniyyət Mərkəzində keçiriləcək tədbirdə müxtəlif vakansiyalar üzrə işə qəbul aparılacaqdır. “MKT İK” MMC-nin “Saatlı filialı”nda işə qəbul olmaq istəyən şəxslər qeyd olunan tarixdə Saatlı Mədəniyyət Mərkəzinə yaxınlaşa bilərlər. İşə qəbul aşağıdakı vaknsiyalar üzrə aparılacaqdır: - Mühasibatlıq - İnsan resursları - Kargüzarlıq - Fəhlə (müxtəlif sahələr üzrə) - Aqronom - Elektrik - Energetik - Mexanik - Çilingər - Traktorçu - Laborant - Anbardar - Gözətçi “Açıq qapı” gününə gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb