Bazar ertəsi, 12 May, 2025

Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində vakansiya


  • Dərc edildi: 22 Noyabr, 2021 - 03:56
Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsində vakansiya

Azərbaycan Respublikasının Təhsil İnstitutu Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinə vakansiya elan edir. ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsi müxtəlif mövzularda tədqiqat təklifləri yazır, tədqiqatların bütün mərhələlərini həyata keçirir, milli və beynəlxalq qiymətləndirmə tədqiqatlarını (PISA, PIRLS, TIMSS, ICILS və TALIS) Azərbaycanda təşkil və kordinasiya edir, hesabatlar tərtib edir və tədqiqat nəticələrinə əsaslanan siyasət tövsiyələrini hazırlayır. Vəzifə öhdəlikləri: -Təhsil sahəsinə aid tədqiqatların təklif olunması; -Təqdiqatın dizayn olunması, metodologiyasının hazırlanması, tədqiqat iştirakçılarının seçimi, metodologiyaya uyğun addım və proseslərin kordinasiya olunması, nəticələrin yığılması, təmizlənməsi və təhlil olunması; -Tədqiqata aid hesabatın və təqdimatın hazırlanıb, aidiyyatı qurum və bölmələrlə paylaşılması; -Milli qiymətləndirmələrin keçirilməsinə (təşkilati və təhlil) dəstək göstərilməsi; -Beynəlxalq qiymətləndirmələrin keçirilməsində iştirak – beynəlxalq

yazışmalar, görüşlərdə iştirak, lazımi sənədlərin və məlumatların vaxtında və yüksək keyfiyyətdə beynəlxalq mərkəzə təqdim olunması; -Şöbənin digər cari işlərində dəstək göstərilməsi. Tələblər: -Ali təhsil -Tədqiqat (kəmiyyət və keyfiyyət) aparılması üzrə nəzəri biliklər, bacarıqlar və təcrübə -Kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq və təhlil etmək bacarığı -Sorğu hazırlamaq bacarığı və təcrübəsi -Data analizi üzrə proqramlardan ən azı biri üzrə nəzəri biliklər və təcrübə -Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı -Təhsil siyasəti üzrə biliklər -Təhsil sahəsində işləmək həvəsi Müsabiqədə iştirak etmək arzusunda olan və qeyd olunan tələblərə uyğun gələn şəxslərdən 26.11.2021-ci il tarixinədək CV-lərini[email protected]elektron ünvanına “Tədqiqat üzrə mütəxəssis” başlığı altında göndərmələri xahiş olunur. Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 325
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 754
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 388
Xaricdə təhsil almaq...