Şənbə, 10 May, 2025

Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqə keçiriləcək


  • | Dərc edildi: 10 İyun, 2021 - 08:24
Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqə keçiriləcək

Məktəblilər arasında proqramlaşdırma üzrə müsabiqə keçiriləcək - - - Məktəblilər arasında proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi elan edilir. Müsabiqənin təşkilində məqsəd məktəblilərin rəqəmsal dünya, informatika elmi, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılmasıdır. Müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə V-VII sinif şagirdləri iştirak edə bilərlər. Müsabiqəyə qeydiyyat iyunun 10-dan 20-dək davam edəcək. Qeydiyyat üçün müvafiq linkə daxil ola bilərsiniz: Müsabiqəyə qeydiyyat -https://bit.ly/3weumTe Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ iyunun 27-də onlayn şəkildə keçiriləcək. Final mərhələsinin növbəti tədris ilinin əvvəlində təşkili nəzərdə tutulur. Yekunda qalib məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər. Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “AzercellTelekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Qeyd edilən müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrindən ümumilikdə 25 medal qazanıblar.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...