Şənbə, 10 May, 2025

"Məktəbli qızların təhsilinə dəstək" proqramı


  • Admin:
  • | Dərc edildi: 29 Sentyabr, 2021 - 01:37
"Məktəbli qızların təhsilinə dəstək" proqramı

KitabGəzərlayihəsinin əsas istiqamətlərindən biri olan "Məktəbli qızların təhsilinə dəstək" proqramı 2021-2022-ci il üzrə qəbulu açıq elan edir! Bizim missiyamız maddi çatışmazlıq, erkən nigah, zorakılıq kimi problemlərlə üzləşən 13-18 yaş aralığındakı qızlarımız üçün təhsili əlçatan edərək öz ayaqları üstündə sağlam durmalarını təmin etməkdir. 2021-2022-ci tədris il üzrə əhatə ediləcək rayonlar: Cəlilabad, Masallı, Yardımlı, Lerik, Tovuz, Gədəbəy, Daşkəsən, Neftçala, Zərdab, Saatlı, Quba, Qusar və Qobustan. Qeyd: Seçilən rayonlar ali təhsil müəssisələrinə qızların ən aşağı qəbul alma, təhsildən kənarlaşdırılma, erkən nigaha cəlb edilmə statistikalarına əsaslanmışdır. Növbəti tədris ilində dəstək olmağı hədəflədiyimiz məktəbli qızlarımız üçün aşağıdakı fəaliyyətləri həyata keçirəcəyik: • Məktəb ləvazimatları və repititor xərclərinin qarşılanması; • Peşə seçimi üzrə mentorluq; • Ailə münasibətlərinin tənzimlənməsində psixoloq, sosial işçi və hüquqşünasların dəstəyi; • Tələbə adını qazanmış məzunlarımız üçün karyera planlaşdırılması. Müraciət forması:https://forms.gle/fiKJwhpYU1gbK8L98 Müraciət üçün son tarix: 4 oktyabr 2021-ci il (saat 23:59) Qeydiyyat formasını dolduran və proqramın şərtlərinə uyğun gələn bütün şagirdlərlə 4 oktyabr tarixindən sonra əlaqə saxlanılacaqdır. Dəyişiklik təhsildən başlayır

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 730
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...