Bazar, 11 May, 2025

"Məktəb mentorları" layihəsinin Bakı müəllimləri ilə təlimləri sona çatdı


  • | Dərc edildi: 1 Dekabr, 2021 - 14:22
"Məktəb mentorları" layihəsinin Bakı müəllimləri ilə təlimləri sona çatdı

"Məktəb mentorları" layihəsinin Bakı müəllimləri ilə təlimləri sona çatdı
27 noyabr tarixindən Bakı müəllimləri ilə başlanan təlimlər 28 noyabr tarixində sona çatdı.
Xatırladaq ki, layihənin məqsədi məktəb mentorları vasitəsilə gənc müəllimlərin ehtiyaclarının düzgün müəyyənləşdirilməsi və onlara davamlı onlayn akademik dəstəyin göstərilməsi xidmətini formalaşdırmaqdan ibarətdir.
Layihəyə həm Bakıdan, həm də regionlardan müraciət edən müəllimlərin say çoxluğu nəzərə alınaraq təlimlərin 2 mərhələdə keçirilməsinə qərar verilmişdir.
Qeyd edək ki, seçim əvvəlcədən müəyyən olunan meyarlara - 25 - 33 yaşında hazırda ümumtəhsil müəssisələrində və universitetlərdə müəllim kimi 3 il pedaqoji təcrübəsi olan, mentorluq fəaliyyətini aparmaq üçün həftə ərzində, onlayn formatda 4-5 saat vaxt ayıra bilən, WEB 2 alətlərindən istifadə bacarığı olan, onlayn platformalardan effektiv istifadə etməyi bacaran (MS Teams, G-suite, Zoom, Skype) müəllimlər arasından edildi.
Region müəllimlərinin müraciətinə baxılaraq 2 həftə ərzində müsahibə keçiriləcək.
Təlimdə iştirak edəcək bütün müəllimlərə uğur diləyirik!
Media Tərəfdaşımız Edumap.az təhsil portalıdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 378
Xaricdə təhsil almaq...