Bazar, 11 May, 2025

“Marş İrəli” 4 ilə görüşünüzə gəlirik


  • Dərc edildi: 23 Avqust, 2021 - 04:29
“Marş İrəli” 4 ilə görüşünüzə gəlirik

Əziz Naxçıvan gəncləri!
Bu dəfə “Marş İrəli” 4 ilə görüşünüzə gəlirik!
Əsas məqsədi Azərbaycan gəncində vətənpərvərlik ruhunun gücləndirilməsi olan “Marş İrəli” dördüncü dəfə start götürür!
3 mövsümdür ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafı üçün çalışan layihə ölkə gəncləri tərəfindən hər zaman böyük rəğbətlə qarşılanır.
Gənclərin bu sahədə inkişafına dəstək olmaq məqsədilə “İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondu / Azerbaijan Youth Foundation, Naxçıvan MR Gənclər Fondu, Naxçıvan MR Gənclər və İdman Nazirliyi və Əlahiddə Ümumqoşun Ordusunun dəstəyi ilə düşərgə formatında həyata keçiriləcək hərbi simulyasiyalı layihə çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan 100-ə yaxın gənc ekstremal şəraitdə qalaraq müxtəlif növ təlim və seminarlar, komanda yarışları, görüşlər və ekskursiyalarda iştirak edəcəklər.
Müraciətçilər içərisindən gender bərabərliyi qorunmaqla 17- 25 yaş aralığında, həqiqi hərbi xidmət keçməmiş, vətənpərvər, motivasiyalı, fiziki cəhətdən hazırlıqlı 80 nəfər gənc düşərgədə iştirak haqqı qazanacaq.
Vətən üçün Marş İrəli!
Layihənin keçirilmə yeri: Naxçıvan Muxtar Respublikası
Layihənin keçiriləcəyi tarix: 5-9 sentyabr 2021
Son qeydiyyat tarixi: 26.08.2021 23:59

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 320
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 749
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 384
Xaricdə təhsil almaq...