Şənbə, 10 May, 2025

Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi vakansiyası


  • | Dərc edildi: 28 Dekabr, 2021 - 08:25
Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi vakansiyası

Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi Namizədə tələblər: • Yaş: 23 - 33 • Cinsi: fərq etməz • Ali təhsil: Maliyyə və Mühasibatlıq sahəsində • Təlim və kurslar: ACCA bilikləri üstünlükdür • İş təcrübəsi: maliyyə sahəsi üzrə 1 il • Dil bilikləri: Azərbaycan dili,rus dili, ingilis dili • Kompyuter bilikləri: MS Office, 1C Əsas vəzifə öhdəlikləri: • Dövri (rüblük, aylıq və s.) olaraq maliyyə hesabatlarını hazırlamaq və maliyyə göstəricinin təhlilini aparmaq • Büdcənin hazırlanmasında iştirak etmək, xərclərin büdcəyə uyğunluğunun monitorinqini həyata keçirmək; • Xərclər üçün müraciətlərin məlumat bazasını və hesabatlarını hazırlamaq • Maliyyə hesabatlarının analizini aparmaq • Şirkətin investisiya siyasətinə uyğunluğu təmin etmək məqsədi ilə analizlər aparmaq və lazımı hesabatlar tərtib etmək • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək Şəxsi keyfiyyətlər: • Analitik düşünmə • Ünsiyyət qurmaq bacarığı • Məsuliyyət • Dəqiqlik • Komanda ilə işləmə • Aktiv öyrənmə bacarığı İş şərtləri • İş vaxtı 09:00 - 17:30 • İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir) • İş yeri: Atəşgah SQ baş ofisi • Əmək haqqı: 500-700 AZN (müsahibə əsnasında təyin olunacaqdır) Məlumatlandırıcı qeydlər • Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun • CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur • CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin • Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir • İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur • Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin • CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun • İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Maliyyə Risklərinin idarə edilməsi və daxili hesabatlıq şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur. “Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir. Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir. Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...