Bazar, 11 May, 2025

Loyallıq Proqramı üzrə Layihə Meneceri vakansiyası


  • Dərc edildi: 13 May, 2022 - 07:12
Loyallıq Proqramı üzrə Layihə Meneceri vakansiyası

Business Insight şirkətinin Müştəri Loyallığı Proqramları departamentində Loyallıq Proqramı üzrə Layihə Meneceri vəzifəsi üzrə aktiv vakansiya var. Tələblərimiz: • Ali təhsil; • Yaş həddi: 23-35; • Microsoft proqramlarında işləmək bacarığı; • Yüksək səviyyədə ünsiyyət və təşkilatçılıq bacarığı; • Auditoriya ilə işləmək bacarığı; • Natiqlik qabiliyyəti; • Kollektivdə işləmək bacarığı. İş barədə ümumi məlumat: • Layihələr çərçivəsində təşkil edilən kampaniyaları, müsabiqələri, aksiyaları planlaşdırmaq və idarə etmək; • Layihə üzvləri üçün həyata keçirilən tədbirləri təşkil etmək; • Müştərilərlə ünsiyyət prosesini koordinasiya etmək; • Layihələrin inkişafı üçün araşdırmalar etmək, yeni ideyalar hazırlamaq, təkliflər vermək; • Layihədə görülən işlərlə bağlı müvafiq hesabatları hazırlamaq və təqdim etmək; • Departament rəhbərinin tapşırdığı digər işləri icra etmək. İş şəraiti: • Öyrədici və inkişafameyilli iş mühiti. Böyük şirkətlərin Marketinq Departamenti ilə koordinasiyalı işləmək imkanı; • Əmək qanunvericiliyinə uyğun sənədləşdirmə; • İş vaxtı həftədə 6 gün; • Əmək haqqı Maaş 1000 AZN: • Əmək haqqı namizədin işləmək istəyinə, bacarıqlarına və qoyulan tələbləri qarşılamasına görə dəyişə bilər. Əgər namizəd vakansiya üçün tam uyğun olarsa istədiyi əmək haqqı ilə razılaşmaq mümkün olacaq. Maraqlı olan namizədlər öz CV-lərini [email protected] ünvanına “Loyallıq Proqramı üzrə Layihə Meneceri” başlığı altında göndərə bilərlər.

__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 318
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 745
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 383
Xaricdə təhsil almaq...