Bazar, 11 May, 2025

“Logistika və nəqliyyat” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrri üçün müəllim vakansiyası


  • Dərc edildi: 25 Oktyabr, 2021 - 11:13
“Logistika və nəqliyyat” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrri üçün müəllim vakansiyası

ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə 2021/2022-ci tədris ilinin yaz semestrində müəllimləri əməkdaşlığa dəvət edir.
“Logistika və nəqliyyat” ixtisaslaşması çərçivəsində aşağıdakı fənləri tədris edəcək namizədlərin müraciətləri dəyərləndiriləcək:
- Logistika sistemlərində riyazi modelləşdirmə (Xətti proqramlaşdırma məsələlərinin logistika sistemlərində tətbiqi, tranzitli nəqliyyat məsələsi (Transshipment problem), nəqliyyat məsələsi (Transportation problem), səyyar satıcı məsələsi (SSM-Traveling Salesman Problem), marşrut seçmə məsələsi (VRP-Vehicle Routing Problem) və digərləri);
- Anbar ehtiyatlarının idarə olunması (Ekonomik Sifariş Miqdarı (ESM), təhlükəsizlik stoku, dövri stok, stoxastik anbar modelləri, məhsulların nə zaman hansı miqdarda sifariş verilməli olduğunun hesablanması və s.);
- Akademik yazı və tədqiqat üsulları (Kitabxana sistemlərində axtarış üsulları, AzTU-nun elektron kitabxanası ilə tanışlıq, ondan istifadə qaydaları, akademik yazıların strukturu, üslubu, akademik yazılara istinad etmə, plagiatçılıq nədir, ondan necə uzaq durmalı və s.);
- Nəqliyyat prosesi və nəqliyyat növləri (Əmtəə və məhsulların nəqliyyat prosesi, hava, dəmir, quru və su yollarında istifadə edilən nəqliyyat növləri və onların xüsusiyyətləri və s.);
- Logistika sistemlərində proqram təminatları (Təchizat zəncirlərinin idarə edilməsində istifadə edilən proqram təminatları, SAP/Oracle/1C kimi ERP proqramları, onların nəqliyyat/anbar ilə bağlı modulları, bu modulların iş prinsipləri, MRP, və s.);
- Beynəlxalq ticarət (kapital, əmtəə və xidmətlərin ölkələr arasında axını, rəqabət üstünlüyü, beynəlxalq su, quru və hava yolları ilə daşıma marşrutları və s.).
Namizədlərə dair tələblər:
- Müvafiq ixtisas üzrə elmi dərəcə və ya tam ali təhsil (magistratura);
- Sahə üzrə 3 ildən az olmayaraq ali təhsil müəssisəsində tədris təcrübəsi və ya müvafiq sahədə 5 il iş təcrübəsi;
- Azərbaycan dilində səlis ünsiyyət bacarıqları;
- İKT resurslarından sərbəst istifadə bacarıqları;
- İnnovativ tədris metodlarından istifadə, ünsiyyət və təqdimat bacarıqları.
Müsabiqədə iştirak etmək istəyən müəllimlərdən öz CV-lərini və tədris edəcəkləri fənnin sillabusunun ilkin nümunəsini (Mövzu (subject) bölməsində fənnin adını qeyd etməklə) [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız ilkin mərhələni uğurla tamamlayan namizədlər növbəti mərhələ ilə bağlı məlumatlandırılacaqlar.
Müraciət üçün son tarix: 15 noyabr 2021-ci il, saat 23:59

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 315
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...