Bazar, 11 May, 2025

Kreditlərin izlənməsi və nəzarəti üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 29 İyul, 2021 - 13:32
Kreditlərin izlənməsi və nəzarəti üzrə mütəxəssis vakansiyası

“PAŞA Bank” ASC olaraq Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi kimi Sizi komandamıza dəvət edirik. Bizimlə Siz əldə edəcəksiniz: • Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı • Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi • Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı • Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı • Çeviklik və rahatlıq: Rəsmi tədbirlər istisna olmaqla, sərbəst geyim üslubu İşiniz nədən ibarətdir? • Monitorinq keyfiyyətinə cavabdehlik; • Müştəri və onun zamininin kredit tarixinin analizi və müqayisəsi; • Müştərinin maliyyə vəziyyəti barədə məlumatın və hesabatların toplanması; • “Nəzarət siyahısı” kateqoriyasına düşən müştərilərin analizi və izlənilməsi; • Müştəri ilə problem aşkarlanmadan əvvəl təbdirlər planının yerinə yetirilməsinə nəzarət; • Risklərin azaldılması məqsədilə planların hazırlanması. Sizdən nə tələb olunur? Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr/Magistr təhsili İş təcrübəsi: Müvafiq sahədə minimum 3 il Lisenziya / Sertifikat: ACCA Papers F3, F7, Finance Modeling Xarici dil: İngilis dili (səlis), Rus dili (arzuolunan) Kompüter Bacarıqları: Microsoft Office Digər: Maliyyə hesabatı anlayışı, güclu ünsiyyət və təqdimat bacarıqları, münaqişəni həlletmə bacarığı, innovative düşüncə və özünü inkişaf bacarıqları. Müraciət edin: Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 10.08.2021-ci il tarixinədək [email protected] ünvanına başlıqda “Kreditlərin İzlənməsi və Nəzarət şöbəsinin Mütəxəssisi” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 314
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...