Grand Motors Company komandamıza "Korporativ Satış üzrə Mütəxəssis" axtarırıq! Namizədə olan tələblər: Təcrübə: Satış sahəsi üzrə minimum 2 il təcrübə (avto-ehtiyat hissələri, tikinti, sənaye, istehsal yönümlü sahələrdə təcrübə üstünlükdür); Dil bilikləri: Azərbaycan dili (səlis), Rus dili (arzuolunandır); Təqdimat bacarığı; İnandırma bacarığı; Satış texnikaları üzrə biliklər; Ünsiyyət qurma bacarığı; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: Müxtəlif kateqoriyalı texnikaların ehtiyat hissələrinin korporativ satışının həyata keçirilməsi; Mühərrik yağları, akkumulyator, təkər və s. kateqoriyalar əsas olmaqla müştərilərə məhsul qruplarının tanıdılması; Müştəri bazasının formalaşdırılması və artırılması üçün aktiv B2B görüşlərinin keçirilməsi; Müştəri tələblərinin öyrənilməsi, qarşılanması və daimi loyallığın təmin edilməsi; Müştəri borc öhdəlikləri və ödənişlərini daim nəzarətdə saxlamaq; Məhsulların təmin edilməsi prosesini tam nəzarətdə saxlamaq, sənədləşmə məsələlərini həll etmək. İş şərtlərimiz: Əmək haqqı: 1000 AZN + KPİ; İş qrafiki : Tam iş günü (5 gün); İş saatları: 08:30-17:30; İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ Satış üzrə Mütəxəssis” yazaraq[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb