Şənbə, 10 May, 2025

"Könüllülük Akademiyası 5" layihəsinə başlanılır


  • | Dərc edildi: 12 Oktyabr, 2021 - 08:51
"Könüllülük Akademiyası 5" layihəsinə başlanılır

Binəqədi Gənclər Evi yeni mövsümdə "Könüllülük Akademiyası 5" (#GəncLiderlərimİZ) layihəsinə START verdi! Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə “Könüllülər Akademiyası 5 (#GəncLiderlərimİZ) layihəsinə start veriləcək! Layihə 2 ay müddətində 30-dən çox könüllü gənc ilə, davam edərək, onların maraqlarına xidmət edəcək. 2 ayı müvəffəqiyyətlə başa vuran könüllülər xüsusi diplom və hədiyyələrlə təltif olunacaqlar! Layihənin əsas məqsədi: 1. Könüllülük hərəkatını genişləndirmək; 2. Binəqədi Gənclər Evində olan departamentlərdə gənclərin praktiki fəaliyyətini artırmaq; 3. Tərəfdaş qurumlarda gənclərlə bağlı layihə və tədbirlərdə, könülləri ora yönləndirərək, təcrübələrini artırmaq; 4.Gənclərin daha yaxşı inkişaf etməsi üçün bir sıra aktual mövzularda təlim və seminarlar təşkil etmək; 5. İştirakçıların asudə vaxtlarının əyləncəli və səmərəli keçirilməsini təşkil etmək; 6.Gənclərə layihə müddətində fərdi layihələrini həyata keçirmək şansı vermək! Qeyd edək ki, layihədə 14-29 yaşını əhatə edən yeniyetmələr, bakalavr və magistratura təhsili alan tələbələr, məzunlar qeydiyyatdan keçməklə qoşula bilərlər. QEYDİYYAT linki: https://docs.google.com/forms/d/1u6A4ieWgV3SOBgJB3yKrG-VNUQJoRTiDpVyfLdVVbnI/edit Son qeydiyyat tarixi: 21oktyabr, saat 18:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 313
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 732
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 376
Xaricdə təhsil almaq...