Sağlam Ailə tibb mərkəzi “Kontent üzrə mütəxəssis” vakansiyası elan edir.
Tələblər:
• Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti (rus və ingilis dili arzuolunandır)
• Yenilikləri sevən, trendləri izləyən, kreativ düşüncəli və sosial yönümlü fərd olmalı
• Məsuliyyətli, diqqətli, ünsiyyətcil və komanda ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
• Sosial media kanalları üçün kontentin hazırlanması;
• Kontentlər və gələn müraciətlər üzrə nəticələrin izlənməsi;
• PR məqalələrin yazılması;
• Aylıq təhlillər aparılması və hesabat hazırlanması.
İş şəraiti:
İş günü: 6 gün
Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə mütləq “Kontent üzrə mütəxəssis” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)[email protected]elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb