Bazar, 11 May, 2025

Komplayns Xidməti üzrə kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 14 İyul, 2022 - 12:28
Komplayns Xidməti üzrə kiçik mütəxəssis vakansiyası

“PAŞA Sığorta” ASCnamizədləriKomplayns Xidməti üzrə kiçik mütəxəssisvəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. VƏZİFƏ VƏ ÖHDƏLİKLƏRİ -Şirkətin fəaliyyətinin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət etmək, komplayns indikatorları üzrə şirkətin mövqeyini qiymətləndirmək; -İllik plan əsasında uyğunluq yoxlamalarını həyata keçirmək, nəticə ilə bağlı birbaşa rəhbərinə hesabat və tövsiyə sənədi təqdim etmək; -Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması ilə əlaqədar görülməli olan tədbirlərin icrasına nəzarəti həyata keçirmək; -Şirkətdaxili bütün normativ sənədlərin (siyasət, qayda, təlimat, prosedur və s.) müvafiq struktur bölmələrdən daxil olan sorğular əsasında qanunvericiliyin tələblərinə uyğunluğunun ekspertizasını həyata keçirmək; -Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın qanuniləşdirilməsinə və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyətin şirkət daxilində tənzimlənməsinə nəzarət etmək; -Şirkət daxilində və işçilər arasında komplayns mədəniyyətinin formalaşmasını təmin etmək; -Qanunvericilikdə baş vermiş dəyişiklikləri izləmək, zəruri dəyişikliklər və həmin dəyişikliklərin biznes proseslərə təsiri ilə bağlı birbaşa rəhbərini məlumatlandırmaq; -Beynəlxalq sığorta bazarında komplayns funksiyasının təkmilləşdirilməsi ilə bağlı “best practice”-in araşdırılması və şirkət üzrə tətbiqini təmin etmək; -Şirkətin yeni yaradılmış satış kanallarıvə sığorta məhsulları (buraya həmin məhsullarla bağlı ictimaiyyətə açıq material, təqdimat, press-reliz, broşura və s.) üzrə müvafiq struktur bölmələrdən daxil olan sorğular üzrə qanunvericiliyə uyğunluğunu təhlil edib rəy vermək; Komplayns istiqaməti üzrə birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək. BİLİKLƏR -Hüquq üzrə ali təhsil; -Kompüter bilikləri: peşəkar səviyyədə MS Office proqramlarından (xüsusilə Excel) istifadə bacarığı; -Dil bilikləri: Azərbaycan və İngilis dillərində yüksək səviyyədə biliklərin olması. Rus dili biliyi arzuolunandır. TƏCRÜBƏ Komplayns, Risklərin idarə olunması, Audit, Hüquq sahəsi üzrə minimum 1 il təcrübə (sığorta, bank sahəsində və Big4 şirkətlərində təcrübəli namizədlərə üstünlük verilir). BACARIQLAR Dürüstlük; Şəffaflıq; Komandada işləmək bacarığı; Vaxtın səmərəli idarə edilməsi bacarığı; Məntiqi və analitik düşüncə; Stresə davamlılıq; Təşəbbüskarlıq; Şəxsi inkişafa yönümlülük; Məqsədyönlülük; Emosional stabillik və məsuliyyətli olmaq; Yaxşı ünsiyyət bacarığı. Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi[email protected]ünvanına göndərin.

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...