Kapital Bank namizədləri Kiçik və Orta sahibkarlarla iş Departamenti üzrə Bizdən Biri Təcrübə Proqramına müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Öhdəliklər • SME kateqoriyaya aid olan yeni müştərilər cəlb etmək; • Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək; • Bu kateqoriyaya aid müştərilərdən sifarişləri qəbul etmək, sifarişi təhlil edərək müvafiq Kredit Komitəsinə təqdim etmək üçün məlumatları Kredit Anderraytinqi Departamentinə ötürmək; • Yeni müştərilərə tariflər təklifini hazırlamaq, təqdimatlar həyata keçirtmək və mövcud müştərilərin tariflərini yenidən nəzərdən keçirmək; • Görülmüş işlər üzrə hesabatlar vermək və s. Tələblər • Ali təhsil; • Təqdimetmə bacarığı; • Kommunikasiya bacarığı; • Sərbəst danışıq; • Məntiqi düşüncə; • Azərbaycan dilində səlis oxumaq və yazmaq bacarığı; • Korporativ dəyərlərə uyğun olmaq. Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, göstərilmiş link üzərindənhttps://lnkd.in/gMqEu8Mrqeydiyyatdan keçərək “Bizdən Biri” təcrübə proqramına müraciət edə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb