Bazar, 11 May, 2025

Kiçik Mühasib vakansiyası


  • Dərc edildi: 3 Mart, 2022 - 09:28
Kiçik Mühasib vakansiyası

Fab Boya və Kimya Sənaye MMC İş barədə məlumat -Vakansiya:Kiçik Mühasib -Ali Təhsil-Mühasibatlıq, Maliyyə və yaxud əlaqəli sahələr -Xanım namizəd -İş vaxtı: Həftə içi 5gün - İş saatı: 09:00-dan 18:00-dək -Müvafiq Sahə üzrə 6ay və yaxud 1il təcrübə -Nahar şirkət tərəfindən təmin olunur -Əmək haqqı: 500-600AZE -AR Əmək qanunvericiliyinə uyğun sənədləşmə -İş yeri: Fab Boya və Kimya Sənaye MMC-nin Baş Ofisi (N.Nərimanov ray, Əhməd Rəcəbli küç.44) Vəzifə Təlimatları -Maliyyə hesabatlarının maliyyə əmsalları ilə təhlili və şərhinin həyata keçirilməsi; -Vergi uçotunun aparılması, vergi bəyənnamələri və hesabatlarının hazırlanması və təqdim edilməsi, vergi orqanları ilə hesablaşmaların həyata keçirilməsi, vergilərin vaxtında hesablanması və dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi; -Əlavə dəyər vergisi, mənfəət vergisi, ödəmə mənbəyində vergi bəyənnaməsi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi bəyənnaməsi kimi vergi bəyənnamələrinin vaxtında hazırlanması və vergi orqanlarına təqdim edilməsi; -DSMF, Statistika və Məşğulluq hesabatlarının hazırlanması və təqdim edilməsi, dövlət orqanları ilə hesablaşmaların həyata keçirilməsi; -Mal-material ehtiyatlarının, xaricdən idxal edilən xammal və materialların uçotunun aparılması; -Əsas vəsaitlərin, maddi və qeyri-maddi aktivlərin uçotunun aparılması, maddi aktivlər (əsas vəsaitlər) və qeyri-maddi aktivlər üzrə amortizasiyanın (köhnəlmənin) hesablanması; -İnventarizasiyanın həyata keçirilməsi və nəticələrin sənədləşdirilməsi; -Uçot siyasətinin, maya dəyərinin uçotu və amortizasiya metodlarının müəyyənləşdirilməsi və tətbiqinə nəzarət edilməsi; -Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər dövlət orqanlarından gələn məktub və sorğuların cavablandırılması; Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli "CV"lərini mövzu yerində "Kiçik Mühasib" yazaraq [email protected]ünvanına göndərmələri xahiş olunur. Tel: HR Department-055-500-91-00

_____________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu qaydası dəyişib
02 May, 2025 - 17:10 316
I ixtisas qrupu üzrə...
BANM-da “Açıq qapı” günü olacaq!
28 Aprel, 2025 - 10:04 733
BANM-da “Açıq qapı” ...
Xaricdə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ
25 Aprel, 2025 - 18:24 379
Xaricdə təhsil almaq...