“AVRORA” MMC “İstehsal üzrə kiçik Mühasib” vəzifəsi üzrə vakansiya elan edir! Əsas vəzifə öhdəlikləri: -Aylıq istehsal sahələrinin inventarizasiyasında iştirak edilməsi, sayım nəticələrinin qiymətləndirilməsi və sistemə daxil edilməsi; -Məhsul resepturalarının sistemə daxil edilməsi; -İnvertarların hərəkətlərində anbar qalıqlarına edilən dəyişikliklərə nəzarət olunması; -Gündəlik və aylıq hesabatların tərtib edilməsi. Tələb olunan bilik və bacarıqlar : -ACCA F3 sertifikatı; -MS Office proqramları üzrə biliklər; -Komandada işləmə bacarığı; -Analitik düşüncə. Tələb olunan təhsil, iş təcrübəsi və texniki biliklər: -Maliyyə, Mühasibatlıq ixtisasları üzrə Ali təhsil; -Maliyyə sahəsi üzrə ən azı 1 il iş təcrübəsi arzu olunandır; -İngilis və Rus dilləri üzrə ümumi səviyyədə biliklər. İş şərtlərimiz: -İş qrafiki : Tam iş günü (5 gün); -İş saatları: 09:00-dən 18:00-dək; -İş yeri : STN Biznes Mərkəzi. Biz nə təklif edirik : -Əmək bazarında rəqabətli əməkhaqqı; -İşçilərə qayğı proqramı; -Peşəkar komanda mühiti; -Nahar; -Şirkət hesabına korporativ nömrə; -Təlim və inkişaf imkanları; -Həyat sığortası (könüllü). Göstərilən tələblərə cavab verənnamizədlərdən CV-lərini mövzu hissəsinə “İstehsal üzrə kiçik Mühasib” yazaraq[email protected]ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb