İşsiz və işaxtaran şəxslərin nəzərinə ! Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə Gəncə-Daşkəsən Regional Məşğulluq Filialında “Açıq qapı” günü keçiriləcək. 📌 “Al market” MMC-də qeyd olunan vakansiya üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə Gəncə-Daşkəsən Regional Məşğulluq Filialına yaxınlaşa bilərlər. ➡️ Əmək yarmarkasına gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. ➡️ Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür. ➡️ Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat “Açıq qapı”da iştirak edən şəxslərə təqdim olunacaqdır. 📍Gəncə Regional Məşğulluq filialı; Gəncə şəhəri, Məmməd Xələfov 122 🗒️ 19 may, 2022 ⏰11:00 – 16:00
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb