İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İnsan resursları və inkişafı departamentinin İşə qəbul və seçim şöbəsinə məsləhətçi (baş mütəxəssis səviyyəsində) vakansiyası elan edir. 📌 Biz nə təklif edirik: • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü; • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması; • Karyera irəliləyişlərində yaradılan şərait; • Rəqabətədavamlı əmək haqqı. 📌 Bizim üçün uyğun namizəd: • Ali təhsilli (namizədin ali iqtisadi, idarəçilik və ya digər əlaqəli sahə üzrə təhsilinin olması arzuolunandır); • İşə qəbul sahəsi üzrə 1 ildən az olmayaraq rəhbərlik təcrübəsi (geniş filiallar və regional mərkəzlər şəbəkəsinə malik müəssisəsində iş təcrübəsi üstünlükdür); • İşə qəbul sahəsi üzrə azı 3 ildən artıq iş təcrübəsi; • İnsan resurslarının idarəedilməsi sahəsində biliklərin çox yaxşı səviyyədə olması; • Namizədlərin cəlbi və seçimi üzrə texnikalar, davranış və funksional səriştələr barədə ətraflı məlumatlılıq; • İdarəetmə, analitik, yüksək ünsiyyət, təşkilatçılıq, komandada işləmə bacarıqları; • Ofis proqramları (Excell, Powerpoint, Outlook) üzrə biliklərin yüksək səviyyədə olması; • Müvafiq sahə üzrə biliyi təsdiq edən sertifikat; • Azərbaycan dili ana dili, ingilis dili yaxşı səviyyədə. 📌 Görəcəyiniz işlər: • Agentliyin işə qəbul işinin idarə edilməsi; • İşə qəbul planının hazırlanması üzrə işlərin icrası; • Struktur bölmə rəhbərləri və digər komanda üzvləri ilə sıx əlaqələrin qurulması; • Müxtəlif işə qəbul mənbələrindən istifadə etməklə peşəkar namizədlərin cəlb olunması; • Namizədlərin seçimi prosesinin qaydalara və beynəlxalq təcrübəyə uyğun aparılması; • Spesifik vəzifələr üçün meyarların, işə qəbul mexanizminin yaradılması və bu prosesə davamlı nəzarəti; • Yeni işçilər üçün ilkin təlimatlandırma (tanışlıq) prosesinin təkmilləşdirilməsi; • Müxtəlif vəzifələr üzrə əmək bazarının araşdırılması və təhlillərin aparılması; • Ümumi insan resursları funksiyasının fəaliyyətində fəal iştirak etmə. Əlavə məlumatlar: • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi; • İş vaxtı: 09:00 – 18:00; 📌 Müraciət qaydası: • Vakansiyaya son müraciət tarixi: 22.03.2022-ci il; • CV-lər[email protected]ünvanına göndərilməlidir [1]; • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir; • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. __________________________________________________________________________________________________________
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb